Forum    Qeydiyyat    Əlaqə


Gündəlik       Fotogalereya: PR Forum 2025


 
“PR Forum 2025 – Azərbaycanın ən nüfuzlu kommunikasiya tədbiri. Burada brendlər, mütəxəssislər və liderlər bir araya gələrək strateji tərəfdaşlıqlar və yeni imkanlar yaradır. Sponsor olaraq siz də bu prestijli platformada yerinizi alın, brendinizi peşəkar auditoriyanın diqqət mərkəzinə daşıyın və sektorda nüfuzunuzu gücləndirin.”
 
 
/ Spikerlər /
   

 
Günay Cəlilova bankçılıq və maliyyə sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, hazırda Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini olaraq, Pərakəndə satış və məhsulların inkişafı, Brendin idarəedilməsi və müştəri təcrübəsi, Datanın idarəedilməsi, Optimizasiya istiqamətlərinə rəhbərlik edir.

Günay xanım Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O, həmçinin, İngiltərənin "Warwick" biznes məktəbini "Executive MBA" istiqaməti üzrə bitirib.

O, eyni zamanda 300-dən çox şirkətin üzv olduğu aparıcı biznes assosiasiyalarından biri olan AmCham Azərbaycanın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədridir. Bu komitə maliyyə, sığorta və investisiya icmalarını bir araya gətirərək iqtisadi inkişaf və maliyyə sisteminin təkmilləşdirilməsinə töhfə verən tədbirlər və təşəbbüslər həyata keçirir.
 
   

 
26 illik peşəkar təcrübəyə malik Nərmin Qəniyeva ixtisasca siyasətşunasdır. Bir çox sahələrdə rəhbər vəzifədə təcrübəyə malikdir.

Uzun illər dövlət-özəl dialoqun inkişaf etdirilməsi, biznesin inkişafına dəstək verilməsi sahələrində fəaliyyət göstərib.

O, Azərcell, Azərbaycan Banklar Assosiasiyası, AR ƏƏSMN tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışmışdır. Hal hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasında Baş Katib müavini vəzifəsində çalışır. Biznesin inkişafı üzrə mentorluq fəaliyyəti ilə məşğuldur.

 
   

 
16 ildir ki, müxtəlif vətəndaş cəmiyyəti institutlarında fəaliyyət göstərib və uzun illərdir sosial məsuliyyət, xeyriyyəçilik və ətraf mühitin mühafizəsi sahəsində müxtəlif təşəbbüslərin həyata keçirilməsinə rəhbərlik edir.

O, gənclərin sosial təşəbbüslərdə iştirakının artırılması, korporativ sosial məsuliyyətin biznes mühitində təşviqi, ianəçilik mədəniyyətinin təbliği və könüllülük hərəkatının inkişafı istiqamətində fəal fəaliyyət göstərir.

 
   

 
Müxtəlif dövlət qurumlarında media və kommunikasiya sahəsində fəaliyyət göstərən Pərvin Bağırova geniş təcrübəyə malikdir.

QDF tərəfindən Qarabağın dirçəlişinə əlavə resursların cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.

Pərvin Bağırova donor və tərəfdaşlarla əməkdaşlığın qurulması, resursların cəlb edilməsi və onların effektiv idarə olunması, eləcə də kommunikasiya strategiyalarının hazırlanması, korporativ sosial məsuliyyət layihələrinin icrası, tədbirlərin təşkili və müxtəlif institutlarla səmərəli tərəfdaşlıqların yaradılması istiqamətlərində uğurla fəaliyyət göstərir.

Bakalavr təhsilini Bakı Slavyan Universitetində alan Pərvin Bağırova İstanbul Universitetində MBA dərəcəsi üzrə təhsil alıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirir.

 
   

 
Rza Məmmədov, Azərsun Holdinqin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri. 11 ildir həmin şirkətdə çalışır. Bu dövr ərzində onlarla KSM layihəsinin həyata keçirilməsində, Azərsun Holdinqə məxsus brendlərin tanıdılması üçün kampaniyaların, yaranmış böhran durumlarının idarə edilməsinə rəhbərlik edib.

 
   

 
Aysel Cəbrayılova dövlət-özəl tərəfdaşlığı istiqamətində fəaliyyət göstərir. Hazırda ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəridir. UNEC SABAH Magistratura proqramında tədris olunan “Rəqəmsal Marketinq və Sosial Media” kitabının müəlliflərindən biri, “Rəqəmsal dünyada qazandıran yol xəritəsi” kitabının müəllifidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakultəsinin məzunudur. Təhsilini İstanbul Teknik Universitetində “Dijital pazarlama” üzrə uzmanlıq, Harvard Business School-da “Design Thinking and Innovation” proqramları ilə davam etdirib. Hal-hazırda ADA universitetinin “Dövlət İdarəçiliyi” ixtisasında təhsil alır.
 
   

 
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru.

Daha əvvəl o, YARAT Müasir İncəsənət Məkanında PR direktoru, Portuqaliya Ofisinin direktoru və Junior Achievement Azerbaijan təşkilatının icraçı direktoru vəzifələrində çalışmışdır.

Hökümə xanım ADA Universitetində müəllimdir və bir sıra beynəlxalq platformalarda Azərbaycanı uğurla təmsil edib. O, Marketinq və Kommunikasiya üzrə MBA dərəcəsinə (ADA Universiteti, 2015), eləcə də ABŞ-ın Wartburg Universiteti və Azərbaycanın Xəzər Universitetində aldığı iki bakalavr dərəcəsinə malikdir. Eyni zamanda, o, ATƏT Yay Akademiyasının (Avstriya) məzunu, CAMCA 2025 proqramının məzunu, və UN Global Compact Leaders Summit 2024 tədbirinin iştirakçısıdır.
 


 
/ Moderatorlar /
   

 
15 ildən artıq zəngin iş təcrübəsinə malik olan Gülşən Cumayeva, hal-hazırda PAŞA Kapital İnvestisiya Şirkətinin Marketinq və Kommunikasiyalar üzrə rəhbəri olaraq peşəkar fəaliyyətini davam etdirir.

Forumun əsas müzakirə mövzularından olan PR, korporativ kommunikasiya, brendin yaradılması və idarəedilməsi, CSR və digər istiqamətlərdə bank və maliyyə sektorunda, həmçinin təhsil sahəsində geniş təcrübəyə sahibdir.

Belə ki, peşəkar karyerasına uşaq hüquqları üzrə yerli QHT-lərdən birində başlayan Gülşən Cumayeva, BMT-də karyera üzrə məsləhətçi olaraq davam etdirib, daha sonra "FINCA Azerbaijan" və "Rabitəbank" şirkətlərində PR şöbəsinin rəhbəri, "Bank of Baku" ASC-də Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru, "Code Academy" təhsil müəssisəsində Marketinq və Kommunikasiyalar departamentinin rəhbəri olaraq fəaliyyət göstərib.

Gülşən Cumayeva Azərbaycan Dillər Universitetində bakalavr, Qafqaz Universitetində isə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirmiş, İstanbul Universitetində Biznesin idarə edilməsi (MBA) üzrə təhsil almışdır.
 
   

 
Səbinə Atayeva marketinq və korporativ kommunikasiyalar, layihə idarəçiliyi, e-ticarət və FinTech sahələrində 14 ildən artıq təcrübəyə malikdir.

O, Böyük Britaniyanın Uels Universitetindən MBA dərəcəsinə malikdir. Bütün karyerası ərzində o müxtəlif sahələri əhatə edən layihələrə rəhbərlik edərək, brendin tanıdılmasını və tərəfdaşlarla qarşılıqlı əlaqəni gücləndirmək məqsədilə yaradıcı yanaşmanı data əsaslı həllərlə birləşdirib.
 



 
/ Tərəfdaşlar /
   
 

 
 
1995-ci ildə yaradılan “A-Qroup Sığorta Şirkəti” uzun illərdir ki, Azərbaycanda könüllü tibbi sığorta bazarında liderliyini qoruyub saxlayır, etibarlı və sabit şirkət kimi reputasiyaya malikdir. 17 sığorta növləri üzrə xidmət göstərir.

A-Qroup özünü gələcəyə baxan, müştərisini başa düşən və ən yaxşı həlli təklif edən müasir bir şirkət kimi təsdiq etmişdir. A-Qroup komandası müştərilərin istəklərini həyata keçirmək, o cümlədən Sığortalının istənilən məsələsini operativ həll etmək, onun hüquqlarını müdafiə etmək, sığorta qanunvericiliyində dəyişikliklərə dərhal reaksiya vermək və yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək iqtidarındadır.

30 ildir ki, öz Sığortalıların qayğısına qalan və onlara beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı xidmət göstərən A-Qroup-un bütün fəaliyyətinin mərkəzində hər zaman müştərilərin maraqları dayanıb.

 
   
 

 
 
ASAN İnnovativ İnkişaf Mərkəzi xidmət sahəsində illərlə qazanılmış zəngin “ASAN xidmət” təcrübəsi ilə ixtisaslaşmış peşəkarlardan ibarət komandası sayəsində hüquqi və fiziki şəxslərin fəaliyyətinin təkmilləşdirilməsinə dəstək verir.

 Mərkəz müştəri məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmaların tətbiqi ilə ölkədə xidmət göstərən və xidmət alan arasında olan münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edir və fəaliyyətində peşəkarlığı və keyfiyyəti rəhbər tutur.

 
   
 

 
 
Azərçay — Azərbaycanın ilk milli çay markasıdır. Bu marka yüksək keyfiyyətli çayların qarışığı olmaqla, fərqli istehlakçı zövqünü oxşayan rəngarəng çay çeşidlərini əhatə edir.

 
   
 

 
 
TAM Advisory biznesləri misilsiz uğura aparmağı hədəfləyərək strateji kommunikasiyalar və reputasiya idarəçiliyi üzrə xidmət təminatçılarının öncülləri arasında yer alır. Təcrübəsinin əhatəsi olduqca genişdir: auditoriya ilə dərin rezonans doğuran diqqətlə hazırlanmış hekayələrdən tutmuş biznesin inkişafı strategiyaları vasitəsilə davamlı böyüməyə təkan verən layihələrə qədər.

Media ilə müstəsna əlaqələr qurur, möhkəm əlaqələri daha da gücləndirərək müştərilərin diqqət mərkəzində olmasına nail olunub. Bundan əlavə, maraqlı tərəflərlə əlaqələrin idarə edilməsində ustalıqları bütün əlaqələrin davam etdirilməsinə və hər bir tərəfdaşlığın hər iki tərəf üçün mümkün qədər faydalı olmasına zəmanət verir.

 
   
 

 
 
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 2015-ci ildə yaradılıb. Əsas məqsədi tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, onların sosial bacarıqlarını inkişaf etdirmək və Azərbaycanda könüllülük fəlsəfəsini geniş yaymaqdır.

2019-cu ildən etibarən “Bir Könüllü” fəaliyyətini müstəqil ictimai birlik olaraq davam etdirir. Hazırda yüzlərlə tələbə bu birlik çərçivəsində müxtəlif istiqamətlərdə sosial, mədəni, elmi və beynəlxalq tədbirlərdə iştirak edir.

 
   
 

 
 
"Mama’m Chocolate and Bakery" – sevgi ilə bişən, ənənə ilə yoğrulan və zövqlə təqdim olunan ləzzətlərin ünvanıdır. Hər bir məhsul yalnız şirniyyat və ya çörək deyil, ailə dəyərlərinin, ana nəvazişinin və uşaq xatirələrinin bir parçasıdır.

Brendin əsas ilham mənbəyi – Azərbaycan mətbəxinin zəngin irsi və bu irsi müasir yanaşmalarla yaşatmaq arzusu olub. "Mama’m Chocolate and Bakery" fabrikində hazırlanan hər bir məhsul – təbii, keyfiyyətli inqrediyentlərdən istifadə edilməklə, gigiyenik şəraitdə və peşəkar ustaların əllərində formalaşır.

 
   
 

 
 
Butik Peony Baku zamanla ayaqlaşır və hər şeyin yenisini və gözəlini təklif edir. Nəfis kompozisiyalar və hədiyyə qutuları, dekorasiya və dizayn üçün unikal fikirlər, eləcə də bir çox sahələrdə peşəkar yanaşma yerli bazarın digər şirkətlərindən fərqləndirir.

Peşəkar çiçəkçilər, bütün arzularınızı nəzərə alaraq, öz əlləri ilə və hər hansı bir bayram üçün sevgililərlə təzə çiçəklərin orkestrini təklif edir. Müştərilərə öz fikirlərini təcəssüm etdirməyə kömək edir və öz təkliflərini təqdim edir.

 



 
/ Media Tərəfdaşlar /
   
 

 
 
2007-ci ildə yaradılan www.1news.az xəbər saytı Azərbaycanın və Cənubi Qafqaz bölgəsinin ən məşhur xəbər mənbələrindən biridir.

1news.az iki dildə - rus və Azərbaycan dillərində ən vacib yerli və dünya xəbərlərini operativ şəkildə izləyicilərinə çatdırmaq üçün çalışır. Oxucular saytda yalnız xəbərləri deyil, analitik materialları, müsahibələri və şərhləri, video və foto materiallarını da tapa bilərlər.

 
   
 

 
 
Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi mütəmadi olaraq vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Bu istiqamətdə növbəti addım olaraq ASAN onlayn TV fəaliyyətə başladı ASAN Radiosunun bazası əsasında yaradılacaq ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşmış ilk onlayn televiziya oldu.

Məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının say və coğrafiyasının genişləndirilməsi, eləcə də dövlət xidmətləri ilə bağlı daha əhatəli vizual məlumatlandırmanın təmin edilməsidir.

 
   
 

 
 
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

 
   
 

 
 
“Brend Media” reklam bazarında geniş təcrübəyə malikdir və həm şəhər, həm də kinoteatrlarda reklam xidmətləri sahəsində lider şirkətlərdən biridir. 200-dən çox açıq reklam məkanına, eləcə də “Cinema Plus” kinoteatrlar şəbəkəsi ilə eksklüziv reklam hüquqlarına sahibdir.

Bundan başqa, “Brend Media” Azərbaycanın ən tanınmış internet saytlarının 80%-də eksklüziv reklam satışını həyata keçirir.

 
   
 

 
 
Bizimyol.info xəbər portalı Azərbaycandan və dünyadan bütün sahələri əhatə edən xəbərləri öz izləyicilərinə çatdırır. Bizimyol.info real olaraq ölkənin ən populyar xəbər portalıdır. Saytın trafik mənbəyi daimi izləyiciləri, sosial şəbəkələr və axtarış maşınlarıdır.

 
   
 

 
 
Business Time xəbər portalı 2020-ci ildən fəaliyyət göstərir.

Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Portalın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət-özəl qurumları, QHT-ləri, İctimai Birlikləri aktiv əməkdaşlığa dəvət edir.

 
   
 

 
 
Biznes TV Azərbaycanın biznes və iqtisadi sahədə ixtisaslaşan ilk televiziyasıdır. Kanal 25 aprel 2024-cü ildə Sahibkarlar Günündə təsis edilib.

18 oktyabr 2024-cü ildə isə Biznes TV-yə Audiovizual Şuranın qərarı ilə platforma yayımçısı lisenziyası ("PY-023" nömrəli) verilib. Biznes TV həm yerli, həm də qlobal iqtisadi tendensiyaları izləyicilərə çatdırır, cəmiyyəti, xüsusən də, sahibkarları, şirkətləri və iş dünyasını etibarlı, obyektiv məlumatlarla təmin edir. Peşəkar ekspertlərin analitik şərhləri, dərin araşdırmalara əsaslanan reportajlar və operativ xəbərlər vasitəsilə ölkənin biznes mühitində baş verən hadisələrə işıq tutur.

Biznes TV-nin əsas məqsədi ölkədə sahibkarlıq təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində maarifləndirmə işinin aparılmasıdır. Azərbaycanın iş və iç dünyasının güzgüsü olan Biznes TV, cəmiyyətin bütün sferalarına ayna tutmaqla bərabər, hər xəbərin yaratdığı iqtisadi nəticələri ictimaiyyətə çatdırmaq missiyasına sahib peşəkar media platformasıdır. Biznes TV-nin 24 saatlıq yayımını "Youtube" sosial platformasında, kabel yayımı həyata keçirən (Məsələn, KATV 1, Ailə TV, CityNet və.s) şəbəkələrdə və "Yoda.az" saytında izləmək mümkündür.

 



 
/ Past events /
 
PR Forum 2024




PR Forum @ 2024 - 2025. Bütün hüquqlar qorunur. Məxfilik siyasəti.